ABŞ nümayişçilərə kömək edəcək? İran rəsmilərindən sərt cavab
Siyasət
İran Xarici İşlər Nazirliyi ölkədə davam edən etirazlar fonunda ABŞ-nin İranın daxili işlərinə müdaxiləsini qınayıb.
News24.az xəbər verir ki, nazirliyin bəyanatında ABŞ-nin İrana qarşı düşmənçilik apardığı, sanksiyalar və dezinformasiya ilə vəziyyəti gərginləşdirməyə çalışdığı bildirilib. Tehran iqtisadi çətinliklərin əsas səbəbinin ABŞ sanksiyaları olduğunu açıqlayıb.
Bəyanat ABŞ prezidenti Donald Trampın İran hakimiyyətinin etirazçılara qarşı ölümcül güc tətbiq etməsi halında Vaşinqtonun nümayişçilərə “kömək edəcəyi” barədə açıqlamasından sonra yayılıb və bu açıqlama İran rəsmilərinin sərt reaksiyasına səbəb olub.