ABŞ Rusiya neftinin alınmasına müvəqqəti icazə verdi

ABŞ Rusiya neftinin alınmasına müvəqqəti icazə verdi Siyasət

ABŞ sanksiya tətbiq etdiyi Rusiya neftinin alınmasına müvəqqəti icazə verib.

News24.az xəbər verir ki, bu qərar İranla bağlı müharibə səbəbindən neft qiymətlərinin artması fonunda qəbul olunub.

Məlumata görə, ABŞ dənizdə tankerlərlə daşınan Rusiya neftinin ticarətinə qısa müddətlik icazə verib. Qərarın məqsədi dünya enerji bazarında sabitliyi qorumaqdır.

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, bu addım yalnız müvəqqəti tədbirdir və 11 aprelə qədər qüvvədə olacaq. Onun sözlərinə görə, icazə yalnız artıq daşınan neftə aiddir və Rusiyaya böyük maliyyə qazancı gətirməyəcək.