ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir Siyasət

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker bu həftə Azərbaycana səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Dövlət Katibinin müavini Huker 15–21 noyabr 2025-ci il tarixlərində Ermənistan və Azərbaycanda işgüzar səfərdə olacaq”, - Dövlət Departamentinin məlumatında bildirilib.

Planlaşdırılan səfərin təfərrüatları barədə hələlik məlumat verilmir.