ABŞ və Ermənistan “Tramp marşrutu” üzrə birgə işçi qrupu yaratdı

ABŞ və Ermənistan “Tramp marşrutu” üzrə birgə işçi qrupu yaratdı Siyasət

ABŞ və Ermənistan “Tramp marşrutu”nun həyata keçirilməsi üçün birgə işçi qrupunun fəaliyyətə başladığını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə xəbəri Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, işçi qrupuna ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək.

ABŞ dövlət katibinin müavini Elison Huker İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı işçi qrupun fəaliyyətinə dair detalları təqdim edib.

Hukerin sözlərinə görə, ABŞ-Ermənistan əməkdaşlığı, eləcə də Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərinin normallaşması istiqamətində irəliləyiş Cənubi Qafqazın mühüm ticarət marşrutu kimi açılması üçün yeni perspektivlər yaradır.