ABŞ dağılır - Bu ştat müstəqil olur
Siyasət
Texasın qubernatoru Qreqq Ebott cənub sərhədini qorumağa dair vədlərini reallaşdırmaq üçün"Hannity"yə qoşulub.
Bu, həmin Q. Ebbottdur ki, Bazar ertəsi Prezident Co Baydenin federal qanunları pozduğunu iddia etmişdi. Bunu da onunla əsaslandırmışdı ki, Ağ Evin rəhbəri immiqrasiya qanunlarının tətbiqindən imtina edir, ABŞ ərazisinə qanunsuz daxil olan əcnəbilərə kütləvi şəkildə "şərti azadlıq" verir.
Q. Ebbott Bazar Ertəsi tanınmış televiziya aparıcısı Şon Hannitinin proqramında qonaq olaraq bildirib ki, həm Sərhəd Patrulu Xidmətinin əməkdaşları, həm də qurumun rəhbərliyi dövlətə məxsus olan inzibati binada oturaraq, xalqa məxsus ərazilərdə tikanlı məftillərin söküntüsü məsələsində Texas ştatının rəsmiləri ilə həmfikir olduqlarını ifadə ediblər:
"Onlar tikanlı məftilləri sökməklə və çox sadə səbəbdən quraşdırılan maneələri aradan qaldırmaqla bu məsələ ilə ümumiyyətlə əlaqələrinin olmadığını göstərməyə çalışırlar. Bunu da ona görə edirlər ki, "biz işləyirik" görüntüsü yaratsınlar".
Qubernator onu da əlavə edib ki, əslində Texasın sərhədlərinin qorunması üçün görülən tədbirlər onların işini daha da asanlaşdırır: "Qarşılaşdığımız yeganə naneə Prezident Co Baydenin müqavimətidir" - SİTATIN SONU.
Q. Ebbott Baydenin əcnəbilərin ABŞ-yə qeyri-qanuni girişinə kömək etdiyini, bununla da öz andını pozduğunu da söyləyib:
"Birincisi, o, sərhəddən qeyri-qanuni girişin qarşısını almaqla bağlı vəzifəsini yerinə yetirmir. Baydenin hərəkətlərini nəzərə alaraq biz, Texasın Konstitusiyanın I Maddəsinin 10-cu Bölməsinə uyğun şəkildə ştat ərazisini işğaldan qorumağa icazə verilməli olduğu ilə bağlı uzun müddətdir mövcud fikirlərimizi bir daha təkrarlayırıq" - deyə, o bildirib.
Bu arada, xatırlatmaq yerinə düşər ki, ABŞ Cinayət məcəlləsinin 1324-cü maddəsinə əsasən, hər hansı bir şəxs "əcnəbinin ölkə ərazisinə daxil olduğunu və ya orada qaldığını bilən və ya ehtiyatsızlıqdan qanunları pozaraq, gizlətmək, olduğu yerin aşkarlanmasına müxtəlif maneələr yaratmaq və ya onu gizlətmək cəhdlərindən qorunmaq, hər hansı bir bina və ya hər hansı bir nəqliyyat vasitəsi də daxil olmaqla, qanunsuz miqrantı istənilən yerdə aşkar etdikdə bu barədə xəbər verməmək müvafiq olaraq cərimə və ya beş ildən on ilədək həbslə cəzalandırıla bilər".
Hanniti qanunun bir şəxsə "yadplanetlilər" kimi də adlandırılan miqrantları Birləşmiş Ştatlara gəlməyə, daxil olmağa və ya orada yaşamağa təşviq etməyi qadağan edən başqa bir bölməsindən də əsaslandırma gətirməyi unutmadı: "Bu qanun qeyri-qanuni mühacirlərə sığınacaq vermək, təşviq etmək, təhrik etmək, sui-qəsd etmək, o cümlədən, bu və ya digər şəkildə köməyi də qadağan edir".
Sonda Abbot bildirib ki, əgər o Baydenin hazırda qanunla qadağan edilməsinə nail olduğu əməllərdən birinə yol versəydi, şübhəsiz ki, həbsdə olacaqdı:
" Onu da əlavə edim ki, Texasda miqrantlara maneə yaradan çəpərləri qurmaqla, eləcə də qeyri-qanuni miqrasiyanı dəf etmək üçün tədbirlər görmək bizim bu məsələdə tam səlahiyyətli olduğumuzu göstərir".
Zeynal Əmrəliyev,