Ağakərim Səmədzadəyə yüksək vəzifə verildi

Ağakərim Səmədzadəyə yüksək vəzifə verildi Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.