Aİ-dən Vaqif Xaçaturyan və daha üç erməninin təhvil verilməsinə reaksiya

Aİ-dən Vaqif Xaçaturyan və daha üç erməninin təhvil verilməsinə reaksiya Siyasət

Avropa İttifaqı (Aİ) Azərbaycanın Vaqif Xaçaturyanı, Gevorq Sudjyanı, David Davtyanı və Viken Euljekyanı Ermənistana təhvil verməsini alqışlayıb.

News24.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik xidməti üzrə rəsmi nümayəndəsi Anita Hipper "X" sosial şəbəkəsində yazıb.

“Bu, Ermənistanla Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. Aİ iki ölkə arasında gələcək müsbət addımların dəstəklənməsini davam etdirəcək”, — deyə o qeyd edib.