Aİ Ukrayna ilə bağlı çağırış etdi

Aİ Ukrayna ilə bağlı çağırış etdi Siyasət

Avropa İttifaqı Ukrayna ilə bağlı danışıqlar üçün atəşkəsin “məcburi” şərt edilməsinə çağırır.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Aİ ölkəsinin liderlərinin ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski ilə videokonfransından sonra bildirib.

“Atəşkəs rejiminə nail olmaq prioritet olaraq qalır və effektiv danışıqlara doğru zəruri addımdır”, o, sosial media hesabında yazıb.

Kosta Alyaskada keçiriləcək Rusiya-ABŞ sammiti ərəfəsində Trampla müzakirəni faydalı adlandırıb.