“Aidiyyəti qurumlar camaatın pulunu oğurlayır”

“Aidiyyəti qurumlar camaatın pulunu oğurlayır” Siyasət

“Aidiyyəti qurumlar camaatın cibinə girməklə pulunu oğurlayır”.

News24.az xəbər verir ki,  bu fikirləri deputat Sabir Rüstəmxanlı səsləndirib: 

"Qanunlar elə qəbul olunsun ki, il boyu yamaq vurulmasın. Lakin biz görürük ki, onlar ərzində kimlərinsə istəyinə uyğun olaraq dəyişdirilir. Bunun qarşısı alınmalı, qanun dəyişdirilmədən öncə araşdırma aparılmalıdır. İşıq və  qazla bağlı məsələlələri dəfələrlə gündəmə gətirmişik. Onlara tətbiq olunan limit hamını boğaza yığıb.  Qaz üçün 100 manat pul qoyursan 50 manatı yoxa çıxır. Sən niyə mənim 50 manatımı oğurlayırsan. Kimlərinsə limit adı ilə cibimizə girməsinə özümüz şərait yaratmışıq”.

Fərid Azəri