Ailəsini səsverməyə aparan baba qəza törətdi: 5 yaralı

Ailəsini səsverməyə aparan baba qəza törətdi: 5 yaralı Siyasət
Bursada səsverməyə gedən ailə qəzaya düşüb.

News24.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, qəza zamanı biri uşaq olmaqla ailənin 5 üzvü xəsarət aıb.

Hadisə Bursa-Ankara yolunda baş verib. Bursanın mərkəzinə seçkidə iştirak etmək üçün gələn ailənin olduğu avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü Halil Tatlı və onun iki oğlu, həyat yoldaşı və nəvəsi xəsarət alıb.