Aleksandar Vuçiç bu gün Azərbaycana səfər edəcək

Aleksandar Vuçiç bu gün Azərbaycana səfər edəcək Siyasət

Serbiya Prezidenti Aleksandar Vuçiç mayın 17-18-də Azərbaycanda səfərdə olacaq.

News24.az xəbər verir ki, bu barədə Serbiya Prezident Administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Serbiya dövlət başçısı Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edəcək.

Açılış mərasimindən sonra Aleksandar Vuçiç BMT-nin yüksək vəzifəli rəsmilərinin, aparıcı qlobal şirkətlərin nümayəndələrinin, eləcə də davamlı inkişaf sahəsində fəaliyyət göstərən dünya miqyaslı vətəndaş cəmiyyəti aktorlarının çıxışlarında iştirak edəcək.

Serbiya Prezidenti dövlət və hökumət başçılarının qatıldığı Forumun əsas hissəsi çərçivəsində çıxış edəcək. Aleksandar Vuçiçin həmçinin forum iştirakçıları və yüksək vəzifəli şəxslərlə bir sıra görüşləri planlaşdırılır. (Report)