Almaniya ilə Ermənistan arasında - "102" SÖVDƏLƏŞMƏSİ

Almaniya ilə Ermənistan arasında - "102" SÖVDƏLƏŞMƏSİ Siyasət

“Almaniya Ermənistandakı 102-ci hərbi bazanın bağlanması müqabilində Ermənistana pul təklif edir”. 

News24.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyindəki mənbə bildirib. 

O vurğulayıb ki, bunda əsas məqsəd Ermənistanı Qərbin anti-Rusiya siyasətinin elementinə çevirməkdir. 

Mənbə əlavə edib ki, Rəsmi Berlin Rusiya sərhədçilərini Ermənistan ərazisindən, rusmeylli dövlət məmurlarını isə vəzifədən uzaqlaşdırmaqda maraqlıdır. 

Ermənistanın qarşısında qoyulan daha bir tələb isə Silahlı Qüvvələr, eləcə də xüsusi xidmət orqanlarında təmizlənmə işinin aparılmasından ibarətdir. 

Agentlik onu da yazır ki, rəsmi İrəvanın bu tələbləri yerinə yetirməsi müqabilində hakimiyyətə Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi üçün tədbirlər görüləcəyi haqqında ən yüksək səviyyədə təminat verilib. 

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Qərbin təhdidləri qarşısında Rusiyadan üz döndərmək yolu tutduğunu açıqlayıb. 

Onun qənaətincə, Nikol Paşinyan hökumətindən rəsmi Moskvaya yönələn ittihamlar da məhz bununla əlaqədardır.  

Bununla belə, Rusiyanın baş diplomatı Ermənistanı ölkəsinin Cənubi Qafqazdakı strateji tərəfdaşı adlandırıb. 

Fərid Azəri