Almaniya kansleri Türkiyəyə gedəcək

Almaniya kansleri Türkiyəyə gedəcək Siyasət

Almaniya kansleri Fridrix Merz oktyabrın 29-u axşam Türkiyəyə rəsmi səfər edəcək.

News24.az xəbər verir ki, səfər çərçivəsində o, oktyabrın 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu barədə məlumatı Almaniya hökumətinin sözçüsünün müavini Sebastian Hille açıqlayıb. Onun sözlərinə görə, danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişafı, eləcə də iqtisadi əməkdaşlıq, miqrasiya, enerji və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Hille bildirib ki, Türkiyə NATO daxilində mühüm tərəfdaşdır və Berlin Ankarayla münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır.

Aqil Qarayev