Angela Merkel: "Almaniya Dağlıq Qarabağ münaqişəsinə göz yuma bilməz"

Angela Merkel: "Almaniya Dağlıq Qarabağ münaqişəsinə göz yuma bilməz" Siyasət
"Almaniya post-sovet məkandakı münaqişələrə göz yuma bilməz".

Bunu Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Angela Merkel deyib.
“Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağmünaqişəsinin, Ukraynanın şərqindəki münaqişənin olduğunu görərsiniz”, kansler deyib.
Onun sözlərinə görə, bu münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etməsinə əngəl törədir: "Buna göz yuma bilmərik”.

//Report