Antoniu Koşta Bakıya səfər edəcək

Antoniu Koşta Bakıya səfər edəcək Siyasət

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta martın 11-də Bakıya səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat paylaşılıb.

Bildirilir ki, A.Koşta səfər zamanı bir sıra yüksəksəviyyəli görüşlər keçirəcək.

Qeyd edilir ki, Azərbaycan Aİ üçün strateji əhəmiyyətli tərəfdaşdır.

"Enerji sahəsində əməkdaşlığımız enerji təchizatını şaxələndirmək və enerji təhlükəsizliyini gücləndirmək səylərimiz üçün həlledici əhəmiyyətə malikdir. Görüşümüz həmçinin Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirə etmək üçün fürsət olacaq. Avropa İttifaqı Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini ifadə edir", – deyə məlumatda vurğulanır. (Oxu.az)