"AŞPA aşpaz funksiyasını yerinə yetirir"

"AŞPA aşpaz funksiyasını yerinə yetirir" Siyasət

"Bu gün AŞPA idarə etmir, idarə edilir". 

News24.az xəbər verir ki, bunu Milli Məclisin 2024-cü il yaz sessiyasının ilk iclasında millət vəkili  Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın siyasətini özündən başqa heçkim yürüdə bilməz:

"AŞPA-nın özünə hörmət edən dövlətlərin qəbul etmədiyi nimdaş qoxusu var. AŞPA bu gün aşpaz funksiyası yerinə yetirir. Ancaq onların qazanında ədalətdən başqa hər şey qaynayır. Bəs, sual oluna bilər ki, biz niyə 23 ildir  AŞPA-ya üzv idik. Biz 23 ildə AŞPA-dan ədalət platforması kimi yox, meydan platforması kimi istifadə etmişik. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün istifadə etmişik. Biz dəfələrlə demişik bizimlə heç kim diktə dili ilə danışa bilməz. Bizim siyasətimizi heç kim yürüdə bilməz. Bundan sonra milliliyimizə kimsə qarışsa sözün əsl mənasında payı veriləcək".