ATƏT-in fəaliyyətdə olan sədri Bakıdadır

ATƏT-in fəaliyyətdə olan sədri Bakıdadır Siyasət

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis Azərbaycanda səfərdədir.

News24.az xəbər verir ki, Kassis bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşəcək.

Qeyd olunur ki, danışıqlar ikitərəfli münasibətləri, Cənubi Qafqazdakı vəziyyəti və Azərbaycanla Ermənistan arasındakı sülh dinamikasını əhatə edəcək.

O, Azərbaycan səfərindən sonra Türkmənistana gedəcək.