Avropa İnsan Haqları Məhkəməsinin Həzrəti Məhəmmədlə bağlı qərarı

Avropa İnsan Haqları Məhkəməsinin Həzrəti Məhəmmədlə bağlı qərarı Siyasət
Avropa İnsan Haqları Məhkəməsi Həzrəti Məhəmmədi təhqir etmənin söz azadlığı çərçivəsinə daxil olmadığı barədə hökm verib.

News24.az xəbər verir ki,  2009-cu ildə Avstriya vətəndaşının Hz.Məhəmməd haqqında söylədiyi təhqirlərdən sonra, 2011-ci ildə yerli məhkəmə həmin şəxsi dini alçaltdığına görə 480 evro cərimələyib.

Cəzaya etiraz edən şəxs məsələni Avropa İnsan Haqları Məhkəməsində həll etmək istəyib.

Lakin, AİHM-nin müqaviləsinin 10-cu maddəsinə əsasən, Hz.Məhəmmədə qarşı işlədilən təhqirlərin fikir azadlığı çərçivəsimə daxil olmadığı barədə hökm çıxarılıb.

Şəlalə Ağayeva