"Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qəbulolunan deyil" - deputat

"Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qəbulolunan deyil" - deputat Siyasət

"Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixli Azərbaycanla bağlı qətnaməsi nə hüquqi, nə də siyasi baxımdan qəbulolunan deyil"

News24.az xəbər verir ki, bunu Milli Məclisin dekabrın 19-da keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.

"Özünü məhkəmə, istintaq və hökmverici instansiya kimi aparan və ölkəmizin daxili işlərinə kobud şəkildə müdaxilə edən, məhkəmə instituna açıq hörmətsizlik göstərən bu qurum faktlara deyil, siyasi sifarişlərə əsaslanan qərarlar qəbul edir".

Deputat bildirib ki, qətnamədə adı çəkilən şəxslərlə bağlı məsələlər açıq manipulyasiyadır:

"Azərbaycanda heç kim elmi fəaliyyətinə, siyasi baxışına və ya etnik mənsubiyyətinə görə deyil, yalnız konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunur.

Dövlətə xəyanət, milli təhlükəsizliyə qarşı fəaliyyət, xarici kəşfiyyatla əməkdaşlıq heç bir ölkədə akademik azadlıq və ya siyasi fəaliyyət anlayışı ilə pərdələnə bilməz. Bu işlər üzrə istintaq və məhkəmə araşdırmaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, habelə beynəlxalq hüququn ümumi qəbul olunmuş normalarına uyğun şəkildə aparılmışdır".