Azərbaycan 2 ölkəyə başsağlığı verdi
Siyasət
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib.
News24.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında paylaşım edilib.
"Yaponiya hökumətinə və xalqına, xüsusən də yaxınlarını itirmiş ailələrə səmimi başsağlığımızı çatdırırıq. Bütün yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş icmaların bu faciənin nəticələrini mümkün qədər tez dəf edəcəyinə ümid edirik", - paylaşımda bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin Əlcəzairin Bumerdes əyalətində çoxsaylı insan tələfatına səbəb olan sərnişin avtobusu qəzası ilə əlaqədar başsağlığı verib.
Bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Dost Əlcəzairin Bumerdes vilayətində çoxsaylı insan tələfatına səbəb olan faciəvi sərnişin avtobusu qəzası ilə əlaqədar Əlcəzair hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların ailələrinə və yaxınlarına səmimi hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə və tam sağalmasını arzulayırıq.
Azərbaycan bu çətin zamanda Əlcəzairlə həmrəydir", - paylaşımda bildirilib.