Azərbaycan BMT-nin İnsan Hüquqları Ofisi üçün - ianə edib
Siyasət
Azərbaycan BMT-nin İnsan Hüquqları Ofisinin fəaliyyətləri üçün ianə edib.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT Ofisi yanında Daimi Missiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan BMT-nin İnsan Hüquqları Ofisinin 2023-cü il üçün İnkişaf Hüququnun təşviqi və müdafiəsi üzrə fəaliyyətini dəstəkləmək üçün 26 000 ABŞ dolları məbləğində könüllü maliyyə yardımı edib.