Azərbaycan Prezidenti Burkina-Fasonun dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Burkina-Fasonun dövlət başçısını təbrik edib Siyasət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboreyə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir: 
"Hörmətli cənab Prezident,
Burkina-Fasonun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".