Azərbaycan səfiri Binəli Yıldırımla görüşdü
Siyasət
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
"Səfirimiz Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı nəzakət ziyarəti edib. Görüş zamanı TDT çərçivəsində həyata keçirilən əməkdaşlıq, eləcə də türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi istiqamətində məsələlər müzakirə olunub" , - deyə paylaşımda qeyd olunub.