Azərbaycan səfiri Lavrovun müavini ilə görüşdü

Azərbaycan səfiri Lavrovun müavini ilə görüşdü Siyasət

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin XİN rəhbərinin müavini Andrey Rudenko ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində baş tutub.

Tərəflər iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.(Qafqazinfo)