Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.

News24.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşılayıb.

Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.

Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir./APA/