Azərbaycan və Çin arasında - MÜQAVİLƏ İMZALANDI

Azərbaycan və Çin arasında - MÜQAVİLƏ İMZALANDI Siyasət
Xarici işlər nazirinin müavini Xələf Xələfov və Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min arasında görüş keçirilib.

Bu barədə News24.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq Protokol imzalanıb.