Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdülər

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdülər Siyasət

İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

News24.az xəbər verir ki, tədbir barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının ofisi yayıb.

Bildirilib ki, görüşdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. O, bu cür təşəbbüslərin İrəvan-Bakı münasibətlərinin normallaşması prosesinin vacib tərkib hissəsi olduğunu vurğulayıb.

Qriqoryanın sözlərinə görə, belə görüşlər iki ölkə cəmiyyətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsi və birbaşa dialoqun formalaşmasına xidmət edir.

Tədbir iştirakçıları da sülhün bərqərar olması üçün bu cür müzakirələrin davamlı xarakter almasının vacibliyini qeyd ediblər.