Azərbaycan XİN: İslamofobiya bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır

Azərbaycan XİN: İslamofobiya bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır Siyasət

İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc birgəyaşayışa sadiqliyimizi bir daha təsdiqləyirik.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziriyinin X-dakı paylaşımında bildirilib.

Qeyd edilib ki, islamofobiya, insanların dini inanclarına görə ayrı-seçkiliyə məruz qalması və onlara qarşı nifrət insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır: “Belə qərəzli yanaşmaların cəmiyyətlərimizdə yeri yoxdur. slam sülh, mərhəmət, ədalət və həmrəylik kimi dəyərlərə əsaslanır. İslamın yanlış təqdim olunması və ya damğalanması qəbuledilməzdir. Dözümsüzlüyün bütün formaları ilə mübarizə aparmaq inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün vacib olaraq qalır”.