Azərbaycan XİN Yaponiyaya başsağlığı verib
Siyasət
Azərbaycan Xarici İşlər Nazirliyi zəlzələ nəticəsində həlak olanlarla bağlı Yaponiyaya başsağlığı verib.
News24.az xəbər verir ki, bu barədə XİN-in X hesabında bildirilib.
Başsağlığında deyilir: "Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”.