"Azərbaycanda həbsdə nə jurnalist, nə də siyasi məhbus var" - Bəhruz Məhərrəmov
Siyasət
AXCP ilə bağlı qaldırılmış cinayət işi ətrafında sosial şəbəkədə müzakirələr ifrat səviyyəyə çatıb.
News24.az xəbər verir ki, bunu Milli Məclisin dekabrın 16-da keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, bəzi platformalarda məsələ ilə bağlı ciddi ajiotaj yaradılır:
"“Siyasi partiyalar haqqında” qanun ölkədə siyasi sağlamlaşma üçün bir fürsət idi. Lakin maraqlıdır ki, heç bir real ictimai dəstəyi olmayan, natamam təfəkkürlü qruplar hansısa meyarlar əsasında qeydiyyata alınıb. Hazırda Azərbaycanda həbsdə nə jurnalist, nə də siyasi məhbus var. Hakimiyyət əleyhinə əməllərdə təqsirləndirilən şəxslər var ki, onlar vətəninin daşını deyil, könüllü şəkildə başqa dövlətlərin maraqlarına xidmət etməyi seçiblər. Quyruğu qapı arasında qalanda qanunun aliliyindən danışanlar unutmamalıdırlar ki, müstəqil Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir və istənilən məsələ hüquqi çərçivədə qiymətləndirilməlidir".