Prezident hərbi xidmətə çağırışın uzadılması haqqında qanunu - TƏSDİQLƏDİ

Prezident hərbi xidmətə çağırışın uzadılması haqqında qanunu - TƏSDİQLƏDİ Siyasət
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında Azərbaycan Respublikası Qanununu təsdiqləyib.

News24.az-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılıb.