Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi Siyasət

Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu büdcə xərclərinin inzibati təsnifatına daxil edilib.