Azərbaycandan tranzitlə Ermənistana yeni yük yola salındı

Azərbaycandan tranzitlə Ermənistana yeni yük yola salındı Siyasət

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

News24.az xəbər verir ki, 2 vaqondan ibarət çəkisi 126 ton olan karbamid və 1 vaqondan ibarət çəkisi 67 ton olan un bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub. (APA)

Azərbaycandan tranzitlə Ermənistana yeni yük yola salındı Azərbaycandan tranzitlə Ermənistana yeni yük yola salındı Azərbaycandan tranzitlə Ermənistana yeni yük yola salındı