Azərbaycanın İrandakı səfirliyi bərpa ediləcək? - Ceyhun Bayramov AÇIQLADI

Azərbaycanın İrandakı səfirliyi bərpa ediləcək? - Ceyhun Bayramov AÇIQLADI Siyasət

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət edəcəyik. Əsas məsələ baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsidir.

News24.az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpası təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir. Çünki insanlarımızın həyatını riskə ata bilmərik".