“Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb”

“Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb” Siyasət

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb”.

News24.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu “The Telegraph”a müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

Onun sözlərinə görə, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var: “Ötən ilin sonu bizə elə gəldi ki, yekun müqavilənin mətnini razılaşdırmağa yaxınıq. Güman edirəm ki, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra razılaşdırılmış maddələrin reallaşdırılmasına nail ola biləcəyik”.