Azərbaycanlı iş adamı intihar edib
Siyasət
Məlumata görə, 1972-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yaşamış Nüsrət Niyaz oğlu Qırtımov özünü asıb.
Yaxınlarının verdiyi məlumata görə, N.Qırtımov bu gün yaşadığı Kazan şəhərində torpağa tapşırılıb.
Qeyd edək ki, N.Qırtımov Kazanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
//Report