"Azərsığorta"nın portfeli "Qala sığorta"ya - ÖTÜRÜLDÜ

"Azərsığorta"nın portfeli "Qala sığorta"ya - ÖTÜRÜLDÜ Siyasət

Prezident İlham Əliyevin fərmanı ilə bu gün ləğv edilən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin portfeli "Qala Sığorta" şirkətinə ötürülüb.

R TV xəbər verir ki, bu barədə "Azərsığorta"dan bildirilib.

Məlumata görə, artıq sığorta müqavilələrinin yenilənməsi və sığorta hadisələrinin tənzimlənməsi "Qala Sığorta"nın nümayəndələri tərəfindən həyata keçirilir.