Azərbaycan beynəlxalq məhkəmədə Ermənistana qarşı daha iki iddia qaldıracaq - __NEWL__

Azərbaycan beynəlxalq məhkəmədə Ermənistana qarşı daha iki iddia qaldıracaq - __NEWL__ Siyasət
Azərbaycan yaxın vaxtlarda beynəlxalq məhkəmədə Ermənistana qarşı daha bir iddia qaldıracaq.

News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə yekun hesabatda söyləyib.

Nazir bildirib ki, ekologiya konvensiyasının pozulması nəticəsində Azərbaycan təbiətinsə vurulan ziyanla bağlı Ermənistana qarşı beynəlxalq arbitraja müraciət ediləcək.

Eyni zamanda o qeyd edib ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istifadəsi ilə bağlı da müvafiq konvensiyalara uyğun olaraq beynəlxalq məhkəməyə müraciət ediləcək.