Bakıda “Rus evi”nin bağlanmasının səbəbi açıqlandı
Siyasət
“Rus evi” uzun müddət Azərbaycanda qeydiyyatsız fəaliyyət göstərib.
News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazir vurğulayıb ki, artıq 2025-ci ilin fevralında Rusiyaya xəbərdarlıq göndərilib və belə halların qəbuledilməz olduğu bildirilib: “Hər hansı müəssisə yalnız ölkə qanunvericiliyinə və iki ölkə arasında bağlanmış sazişlərə uyğun fəaliyyət göstərə bilər. Pozuntular isə “Rus evi”nin bağlanmasına səbəb oldu”.
Ceyhun Bayramov əlavə edib ki, belə təsisatların fəaliyyəti hər zaman qanunvericiliyə uyğun olmalıdır. Nazir həmçinin qeyd edib ki, “Rus evi” ilə bağlı son təmaslar bir neçə həftə əvvəl baş tutub. "Ləğvetmə prosesində bəzi məsələlər yarımçıq qalmışdı, lakin indi bütün prosedurlar tamamlanıb və müəssisənin ləğvi başa çatıb", - deyə nazir qeyd edib.