Bakı və İrəvan arasındakı danışıqları izləyirəm - Ərdoğan
Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Məlumata görə, telefon danışığı zamanı Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə başlayan sülh danışıqlarını yaxından izlədiyini və Qafqazda sülhün təmin edilməsi istiqamətində səyləri dəstəkləməyə davam edəcəyini bildirib.