Bakıda sərnişinlə dolu avtobus "Prado" ilə toqquşdu - Tıxac yarandı

Bakıda sərnişinlə dolu avtobus "Prado" ilə toqquşdu - Tıxac yarandı Siyasət
Paytaxtın Sabunçu rayonu, Zabrat-Sabunçu yolunda 131 nömrəli marşrut avtobusu "Prado" markalı avtomobillə toqquşub.

Saat 07:15 radələrində "Koroğlu" istiqamətində hərəkətdə olan sərnişinlə dolu  avtobusun qəzaya uğraması nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Sərnişinlər dərhal avtobusu tərk ediblər. Yolda tıxac yaranıb.