Bakıya gəlməyə hazır olan Simonyan Sahibə Qafarovanı İrəvana dəvət etdi
Siyasət
Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakıya gəlməyə hazırdır.
News24.az erməni KİV-nə istinadən xəbər verir ki, o bu barədə jurnalistlərlə söhbətində bildirib.
Simonyan həmçinin qeyd edib ki, azərbaycanlı həmkarından da eyni yanaşmanı gözləyir.
“Həmkarımı (Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı - red.) İrəvana dəvət edirəm”, - deyə o əlavə edib.