Bal arısı sancan qadın öldü

Bal arısı sancan qadın öldü Kriminal
Tovuz rayonunda boynundan arı sancan qadın ölüb

Hadisə Tovuz şəhərində 46 yaşlı Hicran Ələsgər qızı Məsiyevanı boyun hissəsindən - şah damarının üstündən arı sancıb. Nəticədə vəziyyəti ağırlaşan qadın sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, H.Məsiyevanın ailəsi arıçılıqla məşğuldur. Hadisə o, yaşadığı evin həyətində olarkən baş verib.

//report