Baş nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər

Baş nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər Siyasət

Gələn il üçün hökumətin əsas prioritetlərindən biri Zəngəzur dəhlizinin inkişafı olacaq.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş Nazir Əli Əsədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Şərqi Zəngəzurda sürətli yenidənqurma işləri aparılır:

"2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. Ayrılan vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinin icrasına yönəldilib və bu proses növbəti ildə də əsas istiqamətlərdən biri olacaq".