Bayden qərar verdi!
Siyasət
“Milton” qasırğası səbəbiylə Almaniyaya səfərini ləğv edən ABŞ Prezidenti Co Bayden gələn həftə Berlinə səfər etməyi planlaşdırır.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
“Bayden cümə günü Almaniya kansleri Olaf Şolts və ölkə Prezidenti Frank-Valter Ştaynmayerlə günü görüşəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden “Milton” qasırğasının ABŞ-a yaxınlaşması ilə əlaqədar oktyabrın 10-15-də Almaniya və Anqolaya planlaşdırılan səfərini təxirə salmışdı.