Bayrağımızı yandıran ermənidən eyhamlı açıqlama: - “Hər şeyi danışacam”
Siyasət
İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni stilist Aram Nikolyan öz ərizəsi ilə işdən çıxması haqda açıqlama verib.
News24.az xəbər verir ki, o, tezliklə ətraflı məlumat verəcəyini bildirib.
“Hazırda heç nəyi şərh etmək istəmirəm, amma tezliklə danışacağam. İnanın, mütləq danışacağam”, – deyə o, hansısa qaranlıq məqamlara aydınlıq gətirəcəyinə eyham vurub.
Qeyd edək ki, ötən gün Ermənistan parlamentində keçirilən iclasda ölkənin İctimai Televiziyasının icraçı direktoru Ovannis Movsisyan Aaram Nikolyanın öz ərizəsi ilə işdən çıxdığını bildirmişdi./globalinfo/