Bayramov Fidanla görüşdü - Fotolar

Bayramov Fidanla görüşdü - Fotolar Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

“Səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir”, - paylaşımda deyilir.

Daha sonra nazirlər arasında təkbətək görüş keçirilib.