"Bizə qarşı çıxışlara son qoyulmalıdır” - Siyavuş Novruzov
Siyasət
“Azərbaycanda ailə tərbiyəsi görməyən, əxlaqa zidd insanları ölkəmizə qarşı çıxışa məcbur edirlər”.
News24.az-ın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov bildirib.
O, həmçinin Zori Balayan kimi terrorçuların azərbaycanlılara qarşı törətdiyi əməllərlə bağlı etirafından Ermənistana qarşı istifadə edilməli olduğuna diqqət çəkib:
“Azərbaycanın ən çox əziyyət çəkdiyi erməni terrorizmi olub və ermənilər də öz çıxışlarında bunu etiraf edib. Məsələn, Zori Balayan uşaqları necə öldürdüyünü dəfələrlə etiraf edib. Azərbaycan bu faktlardan belə adamlara qarşı istifadə etməlidir. İkinci məsələ isə mənəvi terrordur. Bu gün Avropa Şurasında mənəvi terrorla məşğuldurlar. Azərbaycanda ailə tərbiyəsi görməyən, əxlaqa zidd insanları ölkəmizə qarşı çıxışa məcbur edirlər. Onlar söyüş söyür, ailələri, valideynləri, Milli Məclisin deputatlarını təhqir edirlər. Azərbaycanda Milli Məclisdə oturan kimsə başqa dövlətin daxili işlərinə qarışmayıb. Buna görə də hesab edirəm ki, bu məsələ ilə bağlı ciddi tələblərimizi ortaya qoymalıyıq. Hesab edirəm ki, bizə qarşı çıxışlara son qoyulmalıdır”.
Fərid Azəri