BMT-nin 18 əməkdaşı Azərbaycan vasitəsilə təxliyə edildi
Siyasət
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik və Mühafizə Departamentinin nümayəndələri İrandan Azərbaycan vasitəsilə təxliyə edilib.
News24.az xəbər verir ki, təxliyə Astara dövlət sərhəd buraxılış məntəqəsindən həyata keçirilib.
Təxliyə edilən BMT əməkdaşlarının sayının 18 nəfər olduğu bildirilir. (Report)