BMT-nin Bakı nümayəndəliyi Naxçıvandakı dron hücumlarına münasibət bildirdi

BMT-nin Bakı nümayəndəliyi Naxçıvandakı dron hücumlarına münasibət bildirdi Siyasət

BMT-nin Azərbaycandakı nümayəndəliyi Naxçıvan Muxtar Respublikasında baş verən dron hücumlarına münasibət bildirib.

News24.az xəbər verir ki, qurum yaralanan şəxslərin tezliklə sağalmasını arzulayır.

“Qəlbimiz bu gün Naxçıvan Muxtar Respublikasında baş verən dron hücumlarından zərər çəkənlərin yanındadır. BMT-nin Azərbaycandakı nümayəndəliyi yaralanan dörd nəfərin tezliklə sağalmasını arzulayır”, – deyə bəyanatda qeyd olunub.